Niderlandda xəstəxananın qarşısına ‘Qurani-Kərim’dən ayə yazıldı
Tehran (IQNA) - Qurani-Kərimin mübarək "Maidə" surəsinin 32-ci ayəsinin bir hissəsi Niderlandın paytaxtı Amsterdamdakı xəstəxana binasının qarşısındakı lövhəyə yazılıb.
Qurani-Kərimin mübarək "Maidə" surəsinin 32-ci ayəsinin bir hissəsi Niderlandın paytaxtı Amsterdamdakı xəstəxana binasının qarşısındakı lövhədə yazılıb:
"...Kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə), sanki bütün insanları diriltmişdir."
Bu lövhə koronavirusla mübarizədə aktiv olan tibb işçilərini təqdir etmək üçün asılıb.