IQNA

16:22 - April 11, 2020
Xəbər sayı: 3487062
Tehran (IQNA) - ABŞ hökuməti Hizbullahın İraqdakı nümayəndəsi Şeyx Məhəmməd əl-Kövsərani barədə məlumat verənə 10 milyon dollar mükafat vəd edib.
ABŞ hökuməti Hizbullahın İraqdakı nümayəndəsi Şeyx Məhəmməd əl-Kövsərani barədə məlumat verənə 10 milyon dollar mükafat vəd edib.
Bu barədə ABŞ Dövlət Katibliyi rəsmi twıtter səhifəsi vasitəsilə bəyanat verib.
ABŞ dövlət katibliyi iddia edib ki, “əl-Kövsərani İraqda hökumətin nəzarətində olmayan birləşmələrin bir çox işlərini koordinasiya edir, diplomatik nümayəndəliklərə və hətta aksiyalara hücumlar təşkil edir.”
ABŞ Dövlət Katibliyinin bu bəyanatında gəlib ki, əl-Kövsərani Qasim Süleymaninin yaxın silahdaşlarından olub.
Qeyd edək ki, ABŞ ötən yanvar ayının 3-də Bağdada rəsmi səfərə gələn İran İslam İnqilabının Keşikçilər Ordusunun generalı Qasim Süleymanini və onunla birgə 8 iraqlı və iranlı hərbi rəsmini terror edib. Bundan sonra İraq Parlamenti əcnəbi qüvvələrin çıxmasına səs verib. /SalamNews 

 

 

Teqlər: iraq ، livan ، hizbullah
Ad:
E-poçt:
* Comment:
* captcha: