IQNA

9:14 - April 14, 2020
Xəbər sayı: 3487080
Əlcəzayirin Dini İşlər və Fondlar İdarəsi koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Qurani-Kərim tilavəti yarışlarının sosial şəbəkədə keçirilməsi təşəbbüsünü irəli sürüb.

Tehran (IQNA) -  Əlcəzayirin "Eyn Temuşent" vilayətinin Dini İşlər və Fondlar İdarəsi koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə Qurani-Kərim tilavəti yarışlarının sosial şəbəkədə keçirilməsi təşəbbüsünü irəli sürüb.

Bu barədə Əlcəzayirin "əl-Məssa" qəzeti məlumat verərək yazıb: "Eyn Temuşent" vilayətinin Dini İşlər və Fondlar İdarəsi koronavirus pandemiyasının yayıldığı bir dövrdə Quran tilavəti yarışlarını "evdə qalaq və ailəmizi qoruyaq" şüarı ilə baş tutub.

Bu vitrual Qurani-Kərim yarışları ölkə vətəndaşlarının ev karantini günlərində həmkarlıq və həmrəyliklərini gücləndirmək üçün keçirilib.

Həmzə Ləavaric - "Eyn Temuşent" vilayətinin Dini İşlər və Fondlar İdarəsi rəisi, bu barədə deyib: Bu yarışdan hədəfimiz vətəndaşların evdə qalması, ailələri ilə birgə olmaları və koronavirusa birlikdə qalib gəlməkdir.   

3891348

Ad:
E-poçt:
* Comment:
* captcha: