IQNA

1:41 - April 16, 2020
Xəbər sayı: 3487088
Tehran (IQNA) -  "Mübarək Ramazan ayında orucun tutulmasına koronavirusun təsiri mütəxəssis həkimlərin və milli təhlükəsizlik şurasının bu barədə rəyinə bağlıdır".

"Bazines-Nyuz" informasiya portalının verdiyi xəbərə görə, bu sözləri Tunisin müftisi Osman Bəttix həftənin ikinci günü (14 Aprel 2020), bu ölkənin birinci kanalından yayımlanan televiziya proqramında deyib.  

O deyib: Ramazan ayının orucunu tutmaq İslam dininin əsas sütunlarından biridir və bu ayda oruc tutmaq vacibdir. Əlbəttə xəstə insanlar və səfərdə olanlar bundan istisna edilir. Və həkimlər bir şəxsin oruc tutması və ya tutmaması barədə rəy bildirə bilərlər.

Koronavirusla oruc tutmağın əlaqəsindən danışan müfti əlavə edib: Biz həkimlərin və səhiyyə nazirliyinin bu barədə (oruc tutmaqla koronavirusa yoluxmanın əlaqəsinin olması) bir söz deyə və qərar verə bilmərik. Həkimlər bu barədə daha çox məlumatlıdırlar və onlar koronavirusun Ramazan ayının orucuna təsiri barədə daha çox bilirlər.

Osman Bəttix vurğulayıb: Həftənin Cüməaxşamı günü (16 Aprel 2020) bu barədə ölkənin milli təhlükəsizlik şurasının iclası keçiriləcək və həmin iclasda koronavirusun oructutanların orucuna təsirinin olub-olmaması barədə qərar veriləcək.   

3891826

 

Teqlər: koronavirus ، tunis ، oruc
Ad:
E-poçt:
* Comment:
* captcha: