IQNA

Kufə məscidinin Quran proqramları virtual fəaliyyətə başladı

11:42 - April 16, 2020
Xəbər sayı: 3487089
Tehran (IQNA) -  İraqın böyük Kufə məscidinin dini işlər idarəsi koronavirus pandemiyasının yayıldığı üçün Quran proqramlarını fəaliyyətlərini sosial şəbəkə üzərindən və virtual həyata keçirməyə başladı.

"QAF" Quran Xəbər Agentliyinin verdiyi xəbərə görə, İraqın böyük Kufə məscidinin dini işlər idarəsinin rəisi Şeyx Hadi Zəncil bu barədə deyib: Quran öyrənciləri və zəvvarlar koronavirus pandemiyasının yayılması səbəbi ilə məscidə gələ bilmirlər. Buna görə də məscid öz Quran proqramlarını sosial şəbəkə üzərində davam etdirəcək.

O əlavə edib: İnternet üzərindən Quran tilavəti, təcvid və səhih qiraət dərslərini tədris etmək üçün qruplar yaradılıb. Həmçinin Quran hafizi öyrəncilərindən internet vasitəsi ilə imtahan götürülüb və onların hifz səviyyəsi təyin edilib.   

3891935

captcha