IQNA

12:10 - April 23, 2020
Xəbər sayı: 3487127
Tehran (IQNA) -  Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin dəftəxanasının "Ayın izlənilməsi heyəti"nin üzvü bu gün (23 Aprel 2020) Ramazan ayının hilalının görünməsini istisna edib.

Şiələrin mərcəyi-təqlidi və müsəlman dünyasının ali məqamlı rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin dəftəxanasının "Ayın izlənilməsi heyəti"nin üzvü Höccətul-İslam vəl-müslimin Müvəhhidnəjad İQNA ilə müsahibəsində bu gün ayın görünməyəcəyi barədə mütəxəssislərin yekdil rəyinə işarə edərək deyib:

"Biz bu gün (Cüməaxşamı günü, 23 Aprel 2020) mübarək Ramazan ayının hilalını  izləməyə və görməyə çalışacayıq. Amma yeni Ramazan ayının hilalının bu gün görə biləcəyimizə əmin deyilik. Çünki mütəxəssilərin yekdil proqnozlarına görə yeni ayın hilalı bu gün görünməyəcək. Bu halda Cümə günü Şəban ayının son günü və Şənbə günü (25 Aprel 2020) Ramazan ayının ilk günü olacaqdır.

Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin dəftəxanasının "Ayın izlənilməsi heyəti"nin üzvü Höccətul-İslam vəl-müslimin Müvəhhidnəjad vurğulayıb: Mütəxəssislərin ayın bu gün görünməyəcəi barədə tam əmin olmalarına baxmayaraq, bu gün (23 Aprel 2020) ölkənin müxtəlif bölgələrində tam təchiz edilmiş 100 elmi qrup ayı izləyəcək. Əgər onlar ayın görünməsi barədə dəqiq məlumat versələr, ona uyğun əməl ediləcək.

Qonşu ölkələrin və bəzi Ərəb ölkələrinin Cümə gününü mübarək Ramazan ayının biri elan etməsinə münasibət bildirən "Ayın izlənilməsi heyəti"nin üzvü deyib: Bəzi qonşu ölkələrdə bu işin mütəxəssisi olmayanlar, həmçinin sıradan və təcrübəsiz insanlar ayı qeyri-elmi yolla görməyə çalışırlar və ya bu barədə qeyri-elmi hesablamalar aparırlar ki, biz bunları qəbul etmirik. Həmçinin "Ummul-Qüra" (Məkkə) təqviminin də elmi əsasları yoxdur. Ərəbistanda deyirlər ki, əgər ayın hilalı Günəşdən sonra qürub edərsə və Ay da Günəşin fazasından çıxarsa, ayın əvvəlidir. Bu isə hilalın ilk gününün təyin edilməsi və görünməsi məsələsində qəbul edilmir.         

3893457

Ad:
E-poçt:
* Comment:
* captcha: