IQNA

23:19 - April 24, 2020
Xəbər sayı: 3487131
Tehran (IQNA) -  Tehran (IQNA) - Ayətullah İbrahim Əmini bu gücə, Cümə, 24 Aprel 2020-ci il, 1441-ci ilin mübarək Ramazan ayının ilk gecəsi dünyasını dəyişib.  

Ayətullah İbrahim Əmini vəfat etdiAyətullah İbrahim Əmini bu gücə, Cümə, 24 Aprel 2020-ci il, 1441-ci ilin mübarək Ramazan ayının ilk gecəsi dünyasını dəyişib.  

İran İslam Respublikasının müqəddəs Qum şəhərində yerləşən Ali Dini Elmi Hövzənin ustadı, əxlaq müəllimi və bir çox dəyərli dini əsərlərin müəllifi Ayətullah İbrahim Əmini uzun sürən xəstəlikdən sonra müqəddəs Qum şəhərinin Şəhid Behişti xəstəxanasında vəfat edib.

Ayətullah İbrahim Əmini Tehran əhalisinin Ali Rəhbərin Seçilməsi Məclisində nümayəndəsi və İslami hakimiyyət sisteminin məsləhət şurasının üzvü idi.

Ayətullah İbrahim Əmini Hüseyn oğlu Hicri-Şəmsi tarixi ilə 1304-cü ildə İranın Nəcəfabad şəhərində anadan olmuşdur. 6 yaşında ikən atası vəfat edən İbrahim 6-cı sinifə qədər orta təhsil alır. 1321-ci ildə dini təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlir. Bir müddət Qumda oxuduqdan sonra İsfahan hövzəsinə gedir.
Hövsə dərslərini uğurla başa vuran Ayətullah Əmini tezliklə hövzənin fiqh, üsul, fəlsəfə və kəlam dərslərini tədris edir.
İslam İnqilabının ilk illərində Qum Elmi Dini Hövzəsində fəaliyyət başlayır.
O, dini, mədəni, təbliği, siyasi, ictiami və iqtisadi məsələlərdə fəallıq edib və həmişə xalqın, xüsusi ilə də cavanların yanında olub.  
Ayətullah İbrahim Əmini uzun müddət Qum şəhərinin Cümə xətibi, Həzrət Məsumənin (ə) hərəminin camaat imamı olmuş, hövzə və universitetdə ustad işləmişdir. Onun dini maarif sahəsində 30-dan çox kitabı vardır.

3893817

 

 

 

 

 

 

 

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: