IQNA

SHT malyariya xəstəliyinin yayılacağı barədə xəbərdarlıq ediblər

2:26 - April 27, 2020
Xəbər sayı: 3487138
Tehran (IQNA) - SHT mövsüm yağışları fəslinin yaxınlaşması və buna görə də Yəməndə malyariya xəstəliyinin geniş yayılacağı barədə xəbərdarlıq ediblər.

"əl-Qudsul-Ərəbi" informasiya portalının bu barədə verdiyi xəbərə görə, Sərhədsiz Həkimlər Təşkilatı bu gün (26 Aprel 2020) Malyariyaya Qarşı Beynəlxalq Mübarizə Günü münasibəti ilə bəyanata yayaraq mövsüm yağışları fəslində Yəməndə malyariya xəstəliyinin geniş yayılacağını bildiriblər.

Bəyanatda deyilir: Bütün ölkələrin "covid-19" virusu ilə mübarizəyə başı qarışdığı bir zamanda Yəmən səhiyyə sistemi daha aktiv çalışmalıdır. Çünki Yəmən xalqını koronavirusdan əlavə malyariya kimi xəstəliklər də təhdid edir.

SHT əlavə edib: 2019-cu ildə Yəmənin bəzi vilayətlərində 13 min 93 nəfər malyariya xəstəliyinə tutulmuşdu.   

3894403

captcha