IQNA

11:01 - April 28, 2020
Xəbər sayı: 3487148
Tehran (IQNA) - Sionist İsrail rejiminin kəşfiyyat xidmətinin terrorçu quldurları Məscidül-Əqsanın imam-xətibi Şeyx Əkrəmə Sabrinin evinə basqın edərək onu təhdid ediblər.
Keçmiş Qüds-Fələstin müftisi və hazırda İslam Heyəti Ali Şurasının sədri vəzifəsini icra edən Şeyx Sabri, İsrail rejimi qüvvələrinin işğal altındakı Qüdsün Suvvanə məhəlləsindəki evinə basqın etdiyini söyləyib.
Sionist rejim qüvvələrinin basqında ona təhdid dolu bir mesaj verdiyini vurğulayan Şeyx Sabri belə deyib:
“İsrail kəşfiyyat qüvvələri evimə basqın etdi. Məscidül-Əqsada hər hansı bir gərginliyin yaranması durumunda məsuliyyət daşıyacağımı söylədilər. Mən onlara bildirdim ki, Məscidül-Əqsanın müsəlmanların ibadətinə qapalı olması, fanatik yəhudilərin basqınlarına açıq olacaq demək deyil. İsrail qüvvələri fanatik yəhudilərin basqınına icazə verərsə, Məscidül-Əqsanın qapılarını müsəlmanların ibadətinə açacağıq."
Sionist rejiminin hətta yeni tip koronavirus (Kovid-19) xəstəliyini öz məqsədləri üçün istifadə etmək istədiyinə işarə vuran Şeyx Sabri, "İsrailin Məscidül-Əqsada status-kvonun dəyişdirilməsi üçün pandemiyadan istifadəsinə icazə verilməməlidir", - deyə bildirib.
Ad:
E-poçt:
* Comment:
* captcha: