IQNA

İsveçrənin İslam Mərkəzində onlayn Qurani-Kərim oxunur

23:16 - April 28, 2020
Xəbər sayı: 3487151
Tehran (IQNA) - İsveçrənin Solothurn əyalətinin Hüseyiniyyəsi onlayn olaraq hazırlanan Ramazan proqramını açıqlayıb. Qurani-Kərimin sosial şəbəkə üzərindən onlayn oxunması bu proqramın bir hissəsidir.

Hüseyniyyədə oruc tutan insanlar üçün gündəlik proqram hazırlanır. Maraqlananlar proqramı onlayn və eyni zamanda hər gün "Instagram", "Facebook" və "YouTube"-da izləyə bilərlər. Həmçinin https: /linktr.ee/gmz_ch linkini vuraraq istədikləri kanalları seçə bilərlər. Sosial mediada Hüseyniyyə kanalına qoşularaq proqramların başlaması barədə məlumat əldə etmək mümkündür.
Bu proqramlar hər gün İsveçrə vaxtı ilə 19.30-da, Bakı vaxtı ilə 22.30-da, İran vaxtı ilə 22:00-da yayımlanır. Buraya Quranın bir cüzünü oxumaq, Ramazan ayındakı dualar, namaz vaxtları, Solothurn vaxtına görə axşam azan vaxtları daxildir.
Onlayn dərslərdə beynəlxalq professor və din mütəxəssislərindən də istifadə ediləcək.
 
captcha