Tehran (IQNA) - Mübarək Ramazan ayının koronaviruslu bir abu-havada daxil olması dünyanın müxtəlif guşələrində məscidlərin boş qalmasına səbəb oldu.

Dünya müsəlmanlarının müqəddəs məkanlarından olan Beytül-Müqəddəsin Əqsa və Qübbətu-Səxrə məscidləri hər il mübarək Ramazan ayında minlərlə namazqılanı qarşılayırdı. Bu il isə koronavirusun yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində namazqılanların üzünə bağlıdır.