IQNA

4:10 - May 03, 2020
Xəbər sayı: 3487173
Tehran (IQNA) -  İraqın Təhlükəsizlik Nazirliyinin təhlükəsizlik məsələləri üzrə eksperti Əbu Rəğif İŞİD-in Fars Körfəzi ölkələrində terror əməliyyatları başlamsı niyyətində olduğunu deyib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Fazil Əbu Rəğif "Rusiya əl-Youm" peyk tv kanalı ilə müsahibəsində deyib: İŞİD terror təşkilatının yeni başçısı Əbu İbrahim əl-Qərşi öz terror əməliyyatlarının fəaliyyət dairəsini bəzi Ərəb ölkələrində, xüsusi ilə də Fars Körfəzində genişləndirmək istəyir.

O vurğulayıb: İraqın dövlət məsulları bu terrorçu qruplaşmanın məhv edilməsi üçün tam ciddiyyətlə çalışırlar və İŞİD barədə məlumatları dünya ölkələri ilə bölüşürlər.

Əbu Rəğif xatırladıb: Ərəb ölkələri bu terrorçular ilə üzləşməyə hazır olmalı və bunun üçün lazım olan ehtiyat tədbirlərini görməlidirlər.

3895942

Teqlər: İŞİD ، Fars Körfəzi ، İraq
Ad:
E-poçt:
* Comment:
* captcha: