Təhlükəsizlik məsələləri üzrə ekspert Fazil Əbu Rəğif "Rusiya əl-Youm" peyk tv kanalı ilə müsahibəsində deyib: İŞİD terror təşkilatının yeni başçısı Əbu İbrahim əl-Qərşi öz terror əməliyyatlarının fəaliyyət dairəsini bəzi Ərəb ölkələrində, xüsusi ilə də Fars Körfəzində genişləndirmək istəyir.
O vurğulayıb: İraqın dövlət məsulları bu terrorçu qruplaşmanın məhv edilməsi üçün tam ciddiyyətlə çalışırlar və İŞİD barədə məlumatları dünya ölkələri ilə bölüşürlər.
Əbu Rəğif xatırladıb: Ərəb ölkələri bu terrorçular ilə üzləşməyə hazır olmalı və bunun üçün lazım olan ehtiyat tədbirlərini görməlidirlər.