IQNA

23:16 - May 10, 2020
Xəbər sayı: 3487215
Tehran (IQNA) -  İraqın Neynəva əyalətinin Həşduş-Şəəbi əməliyyat qərargahının komandanlığı Mosulun cənub-qərbində altı kəndin terrorçulardan təmizləndiyini elan edib.

Həşduş-Şəəbinin tabeliyində olan Neynəva Hərbi Əməliyyatlar Qərargahının bölmələri bu gün (10 May 2020) Mosulun cənub-qərbində yerləşən bir neçə kəndi və yaşayış mənzillərini İŞİD terrorçularından azad edib.

İraqın əl-Ənbar Hərbi Əməliyyatlar Qərargahı komandanlığı bu əyalətin "Tellur-Rumman", "əl-Hüseyniyyə", "Şeyx Yunis", "əd-Dəbaşə", Müzəmməlat" və "Məlusə" kəndlərinin terrorçulardan təmizləndiyini və çox sayda silah-sursatın kəşf və müsadirə edildiyini bildirib.  

İraqın Həşduş-Şəəbi hərbi qüvvələrinin komandiri Said əl-Hüseyni bu gün İŞİD komandirlərindən olan Houz Vəqfinin Diyalənin şimal-şərqində məhv edildiyini xəbər verib.    

3897942

Teqlər: İŞİD ، mosul ، diyalə ، ənbar
Ad:
E-poçt:
* Comment:
* captcha: