IQNA

12:34 - May 18, 2020
Xəbər sayı: 3487255
Tehran (IQNA) – Livanlı alim Əllamə Seyyid MəhəmmədHüseyn Fəzlullahın dəftərxanası cari həftənin Bazar gününü Fitr bayramı günü elan edib.

Livanlı alim Əllamə Seyyid MəhəmmədHüseyn Fəzlullah müəssisəsinin şəri dəftərxanası mübarək Ramazan ayının sonuna bir həftə qalmış Fitr bayramı gününü elan edib.

Ofisin yaydığı elanda bildirilir ki, astronomik hesablamalara görə, cari həftənin Bazar günü, 24 May 2020-ci il, mübarək Şəvval ayının ilk günü və Fitr bayramıdır. Həmin tarixdə dünyanın bir çox ölkələrində Şəvval ayının hilalını görmək olacaq.

Qeyd edək ki, Livanlı alim Əllamə Seyyid MəhəmmədHüseyn Fəzlullahın dəftərxanası Aprel ayının 24-ünü mübarək Ramazan ayının ilk günü elan etmişdi.  

3899571

Ad:
E-poçt:
* Comment:
* captcha: