IQNA

13:07 - May 23, 2020
Xəbər sayı: 3487281
Tehran (IQNA) -  Şiələrin təqlid mərcəsi Həzrət Ayətullah Ümza Seyyid Əli Hüseyni Xameneinin dəftərxanasının "hilalı izlmə" şöbəsi Şənbə günü Şəvval ayının hilalının görünə biləcəyini ehtimal edir.

Bu barədə Həzrət Ayətullah Ümza Seyyid Əli Hüseyni Xameneinin dəftərxanasının "hilalı izlmə" şöbəsinin üzvü Höccətul-İslam vəl-Müslimin Müvəhhidnəjad məlumat verib.

O bildirib ki, Şənbə günü (23 May 2020) ölkənin müxtəlif ərazilərində astronomik cihazlarla təchiz edilmiş 100 elmi qrup Şəvval ayının hilalını izləyəcək.

Müvəhhidnəjad əlavə edib ki, ekspertlərin rəyinə görə, Şənbə günü qrüb çağı Şəvval ayının hilalını görə bilmək ehtimalı var və Bazar günü (24 May 2020) Fitr bayramı ola bilər.

"Hilalı izlmə" elmi heyətinin üzvü vurğulayıb: Əgər Ali Məqamlı Rəhbərə şəri meyarlara əsasən Şəvval ayının hilalının göründüyü barədə dəqiq məlumat verilərsə, Fitr bayramı elan ediləcək.  

3900658

Teqlər: hilal ، şəvval ، fitr bayramı
Ad:
E-poçt:
* Comment:
* captcha: