IQNA

23:37 - May 26, 2020
Xəbər sayı: 3487294
Tehran (IQNA) – Mübarək Ramazan ayında Türkiyənin TRT peyk televiziya kanalı vasitəsi ilə keçirilən Quran tilavəti yarışlarının qalibləri elan edilib.

Bu yarışların birinciliyini Camlıca qəsəbəsinin came məscidinin azançısı Hüseyn Akbulut əldə edib.  

Yarışların yekun mərasimində Türkiyə Quran Yarışlarının münsiflərin heyətinin üzvü və Quran tilavəti müəllimi Osman Əkin qaliblərə mükafatı təqdim edib.

Yarışların final mərhələsini Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan videokonfrans ilə izləyib.

Qeyd edək ki, TRT televiziya kanalı ilə keçirilən bu yarışlarda 132 nəfər iştirak edib. Onların yeddi nəfəri final mərhələsində yarışıb.

Bu yarışlar dörd il öncə başlayıb və hər Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın birbaşa dəstəyi ilə keçirilir.   

3901283

Ad:
E-poçt:
* Comment:
* captcha: