IQNA

9:59 - June 02, 2020
Xəbər sayı: 3487327
Tehran (IQNA) -  İran İslam İnqilabının qurucusu Həzrət İmam Xomeyninin vəfatının 31-ci ildönümü münasibəti ilə Həzrət Ayətullah Xamenei çıxış edəcək.

İslam dünyasının ali dini lideri Həzrət Ayətullah Üzma Xameneinin çıxışı sabah, Çərşənbə günü, 3 İyun 2020-ci il, Tehran vaxtı ilə səhər saat 11:00-da (Bakı, saat 10:30) televiziyadan canlı yayımlanacaq.

Həzrət Ayətullah Üzma Xameneinin çıxışı İran İslam Respublikasının rəsmi televiziya kanallarından əlavə sosial şəbəkələr üzərindən də canlı yayımlanacaq.

Qeyd edək ki, hər il İran İslam İnqilabının qurucusu Həzrət İmam Xomeyninin vəfatının 31-ci ildönümü münasibəti ilə o həzrətin (r.ə) hərəmində mərasim keçirilir və Ali Rəhbərin çıxışı hərəmdə baş tuturdu. Bu il isə koronavirus pandemiyası səbəbi ilə hərəmdə keçirilən mərasim ləğv edildi.   

3902404

 

 

Ad:
E-poçt:
* Comment:
* captcha: