IQNA

Ayətullah Sistani "koronavirus"la bağlı bəyanat yayıb

13:19 - June 06, 2020
Xəbər sayı: 3487341
Tehran (IQNA) -  Müsəlman dünyasının Nəcəf şəhərində yaşayan dini-elmi təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani "koronavirus"un İraqda geniş yayılması ilə bağlı bəyanat verib.

Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin dəftərxanasının verdiyi məlumata əsasən bu gün (Şənbə, 6 May 2020) yayımlanan bəyanatda deyilir:

"Əziz İraq xalqı! Bu çətin günlərdə ölkənin müxtəlif yerlərində koronavirusa yoluxanların sayının artmasını nəzərə alaraq yenidən siz əzizlərdən sanitariya qaydalarına diqqətlə riayət etməyinizi və pandemiya ilə mübarizədə ehtiyatlı olmanızı istəyirəm. Sizi koronavirusun yayılması üçün dövlətin önləyici tədbirlərinə, maskadan istifadə edilməsi, fiziki fasilinənin qorunması və əllərin dezinfeksiya edilməsi məsələsinə riayət etməyə dəvət edirəm.

Mütəxəssislərin rəyinə əsasən koronavirusun yayılmasının qarşısını almaq üçün önləyici tədbirlərə və sanitariya qaydalarına əməl etməyin zəruri və təsirli olduğunu, habelə ölkənin çətin şəraitdə olmasını və buna görə də tibbi imkanların zəif olduğunu nəzərə alaraq bu göstərişlərə laqeyd yanaşmağı doğru hesab etmirəm.

Bu pandemiyanın qarşısını almaq üçün dövlət məsulları ilə bərabər vətəndaşlar da əzmkarlıq göstərməlidir. Hamının üzərinə koronavirusun yaradacağı problemlərin qarşısını almaq məsuliyyət düşür və hamı xəstəliyin yayılmaması üçün çalışmalıdır.

Heç kəs koronavirus xəstələrinə xidmət edən tibbi kadrların və həkimlərin çəkdiyi zəhməti və onların ailələrin üzləşdiyi problemləri unutmamalıdır. Onlar öz canlarını bu yolda təhlükəyə atırlar və son günlər həkimlərin və tibb işçilərinin arasında bu virusa yoluxanların sayı artıb. Buna görə də önləyici tədbirlərə əməl etməklə onların çiyinlərinə düşən yükün ağırlığını azaltmalıyıq.

Biz xüsusi hörmət və qədirbilənliklə tibb işçilərinə  və həkimlərə salam deyir və milli, dini və insani vəzifələrini yerində yetirməkdə göstərikləri fədakarlıqlarına görə onlara təşəkkür edirik. Allah onları qorusun və zəhmətlərinin qarşısında onlara savab və sağlamlıq versin.

Allah-Taaladan bütün xəstələrə şəfa inayət etməsini və hamıya bu pandemiyadan nicat verməsini diləyirik. Əlbəttə O eşidən və qəbul edəndir.  3903147

captcha