IQNA

Darul-İfta Ərdoğanı dindən sui-istifadə etməkdə günahlandırdı

11:56 - June 09, 2020
Xəbər sayı: 3487368
Tehran (IQNA) -  Misrin əl-Əzhər İslam Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Darul-İfta" (Beynəlxalq Fətva Mərkəzi) bəyanat yayaraq Türkiyə prezindentinin "fətva" verməsini məhkum edib.

Bəyanatda "Ərdoğani fətvalar"a irad bildirilərk deyilir: Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan öz diktatorasını möhkəmləndirmək üçün "fətva silahı"ndan istifadə edir və Ankaranın istemarçı hədəflərini ölkə xaricində "fətva" ilə yürüdür.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ölkənin məscidlərindən öz partiyasının hədəfləri uğurunda və seçkilər zamanı sui-istifadə edir.

Bundan əlavə o, öz təkfirçi fətvalarından Liviya, Suriya və Yəməndə siyasi və hərbi hədəflərini həyata keçirmək və cinayətlərini leqallaşdırmaq üçün istifadə edir.  

Türkiyənin hakim partiyasının müxalifləri kafir və İslam düşməni kimi qələmə verən fətvalarını "Ərdoğani fətvalar" adlandıran Darul-İfta bəyanatda vurğulayır: Türkiyə prezidenti koronavirusun yayılması, ölkədə baş alıb gedən yoxsulluq, işsizlik və Türkiyə silahlı qoşunlarının Orta Şərq döyüşlərində məğlubiyyətlərini ört-basdır və siyasi rəqiblərini məğlub etmək və xalqı sakitləşdirmək üçün məscidlərdə dini xütbələrdən yararlanır.  

"Darul-İfta" (Beynəlxalq Fətva Mərkəzi) bəyanatda deyir: Türkiyə məscidlərindəki dini xütbələr hakim partiyanın diktatorluğunun möhkəmlənməsinə və Ərdoğanın müxaliflər əleyhinə vəhşi hərəkətlərini örtməyə xidmət edir. Bu dini xütbələrdə Ərdoğanın müxaliflərinə kafir və İslam düşməni damğası vurulur. Hətta dövlətin siyasi düşmənlərini əzməsinə axirət savabı veriləcəyini də deyilir.  

3903852

captcha