IQNA

8:30 - June 10, 2020
Xəbər sayı: 3487376
Tehran (IQNA) -  İordaniyanın İslami fondlar və dini işlər nazirliyi bu ölkənin kitab bazarından və məscidlərdən "Təhəccüd" adlı müshəfin bütün nüsxələrinin yığışdırılması barədə göstəriş verib.

Nazirliyin bütün məscidlərin camaat imamlarına və kitab mağazalarına göndərdiyi bildirişdə deyilir ki, "Təhəccüd Müshəfi" adı ilə 306 səhifədə və 14x20 mm ölçüdə çap edilən bu Quran nüsxəsinin naşiri, çap sayı və çap tarixi naməlumdur. Həmçinin Bəqərə surəsinin 260-cı ayəsində, bu nüsxənin 23-cü səhifəsində "qalə" (dedi) sözü yazılmamışdır.  

Buna görə də bu Quran nüsxəsindən harada və kimdə varsa, toplayıb İslami İşlər Nazirliyinə geri versinlər.  

İordaniyanın İslami fondlar və dini işlər nazirliyi qeyd edib ki, bu Quran nüsxələri Ərəbistana Ümrə həccinə gedənlər tərəfindən ölkəyə gətirilib. 3903865

Ad:
E-poçt:
* Comment:
* captcha: