IQNA

İranda 110 günlük karantindən sonra ilk cümə namazı qılındı

23:52 - June 12, 2020
Xəbər sayı: 3487389
Tehran (IQNA) - İranın bir çox şəhərində 110 gündən sonra ilk cümə namazı qılınıb. Cümə namazlarında sosial məsafə, maskalar və əlcəklərdən istifadə edilərək sanitariya qaydlarına əməl edilib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, koronavirusun yayılması səbəbi ilə 110 günlük fasiləsən sonra Ərak şəhərində sağlamlıq protokollarına riayət etməklə Ali Dini Rəhbərin vilayətindəki nümayəndəsi və şəhərin imam-cüməsi Ayətullah Nəcəfabadinin rəhbərliyi ilk cümə namazı qılınıb.

Yəzd və İsfahandakı cümə namazından çəkilən görüntülərdə insanların sosial məsafə, maskalar və əlcəklərdən istifadə edərək, cümə namazında iştirak etdiyi görünür.

Xatırladaq ki, Tehran Cümə İmamları Siyasət Məsləhət Şurasının sədri höccətül-İslam Mahmud Səyyah iyunun 12-də Tehran əyalətinin bütün şəhərlərində cümə namazının qılacağını açıqlamışdı.

Tehranda “qırmızı bölgə” deyilən yüksək riskli bir bölgənin olmadığını xatırladan Səyyah, belə demişdi: “Cümə namazı sosial məsafə və sağlamlıq qaydalarını nəzərə alaraq Tehranın bütün şəhərlərində qılınacaq. Cümə namazına qatılanlar maskalar, şəxsi namaz kilimləri və türbətlər (mökür) kimi şəxsi əşyalarını gətirməlidirlər”.

 

captcha