IQNA

12:10 - June 14, 2020
Xəbər sayı: 3487393
Tehran (IQNA) -  Teymurilər sülaləsi dövrünə aid və qızıl ilə işlənilmiş qədim əlyazma Quran nüsxəsi İngiltərənin paytaxtı London şəhərində hərraca çıxarılacaq.

Haşiyəsi Çini rəssamlıq metodu ilə ağac və təbiətin gözəlliyi ilə bəzədilmiş və qızıl döymə ilə işlənmiş bu nəfis əlyazma Quran nüsxəsi qədim İran ərazisinə aiddir.

Bu əlyazma Quran nüsxəsi İranda hökmranlıq etmiş Teymurilər sülaləsi ilə Çinin Ming imperatorluğu arasında diplomatik və iqtisadi əlaqələrin mövcudluğunun dəlilidir. Çünki həmin zamanlarda üzərinə Quran yazılması üçün çox işlənən şeylərdən biri də Çin kağızları idi.  

Çindən gətirilmiş kağız üzərində yazılmış bu Quran nüsxəsi göstərir ki, İran və Çin rəsmiləri arasında diplomatik əlaqələr olmuşdur. İki ölkənin nümayəndələri səfər zamanı özləri ilə ölkələrinin saxsı, kağız və ipək kimi məhsullarını hədiyyə olaraq bir-birinə təqdim ediblər.

Bu Quran nüsxəsinin səhifələri bənövşəyi, sarı, mavi, qırmızı və yaşıl rənglərlə işlənilib. Həmin zaman yazı üçün rəngli kağızlardan istifadə edilməsi İslam dünyasında tanınmış bir iş idi.  

Kağızlar ipək kimi sürüşkəndir. Çinlilər o zaman belə kağızlardan mühüm sənədlərin yazılması üçün istifadə edirdilər.

İyun ayının 25-də hərraca çıxarılacaq qədim əlyazma Quran nüsxəsinin qiyməti 6 yüz min ponddan 9 yüz min ponda qədər olacaqdır. 3904735

عرضه نسخه خطی قرآن طلاکاری شده در مزایده لندن

Ad:
E-poçt:
* Comment:
* captcha: