IQNA

23:15 - June 14, 2020
Xəbər sayı: 3487395
Tehran (IQNA) -  Türkiyə cümhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğan konfransda "İslami İqtisadiyyat Sistemi" layihəsinin hazırlanması tələbi ilə çıxış edib.

O, İstambul şəhərində keçirilən beynəlxalq konfransda İslami iqtisadiyyatın dünyanı hazırkı böhrandan qurtara biləcəyini deyib.

Rəcəb Təyyib Ərdoğan beynəlxalq İslami iqtisadiyyat və investisiya konfransında İslami əsaslara söykənən iqtisadiyyatı "böhranlardan çıxış açarı" adlandıraraq "İslami İqtisadiyyat Sistemi" layihəsinin hazırlanması təklif edib.

Türkiyə prezidenti vurğulayıb: İstambul dünya mədəniyyətlərinin və qitələrin mərkəzidir. Biz istəyirik ki, İslami iqtisadiyyat və investisiya mərkəzinə çevirək. Çünki İslami iqtisadiyyat böhranlardan çıxış üçün açardır.

Ərdoğan əlavə edib: Dünya ölkələri arasında koronavirusdan ən az zərər çəkən ölkə Türkiyə oldu. Türkiyə xalqı üçün lazım olan sanitariya ləvazimatını təmin etməkdən əlavə dünyanın 125 ölkəsinə də tibbi cəhizat yardımı etdi. 3904889

Ad:
E-poçt:
* Comment:
* captcha: