IQNA

11:09 - June 15, 2020
Xəbər sayı: 3487398
Almaniyanın bir neçə böyük şəhərində - Berlin, Leypsiq, Hamburq, Freiburq, Xemnitz, Münster və Passauda irqçiliyə və sosial bərabərsizliyə etiraz olaraq mitinqlər keçirilib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, bu barədə Berlin polisi “Tvitter”də məlumat yayıb. 

Nümayişlərin dinc şəkildə keçirildiyi bildirilib. Mitinqlərin ən izdihamlısı paytaxt Berlində olub.

Təşkilatçılar Berlində 20 min etirazçının iştirak etdiyini desə də, polis onların sayının 8 min olduğunu bildirib. 

Polis nümayişçiləri sosial məsafəni qorumağa və tibbi maskalardan istifadə etməyə çağırıb.

Qeyd edək ki, nümayişlər ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsinə etiraz olaraq reallaşıb.

Sahartv

Teqlər: Almaniya ، Amerika ، Corc Floyd ، ABŞ
Ad:
E-poçt:
* Comment:
* captcha: