Tehran (IQNA) - İspaniyanın paytaxtı Madrid şəhərinin İslami Mədəniyyət Mərkəzi din, mədəniyyət, ümumi maarifləndirmə, sosial təminat, təhsil və media sahəsində hər il 2 min nəfərə xidmət göstərir.

Bu barədə Madrid şəhərinin İslami Mədəniyyət Mərkəzi özünün 2019-cu il üçün illik hesabatında məlumat verib.
Madrid şəhərinin İslami Mədəniyyət Mərkəzi illik hesabatında mübarək Ramazan ayında maarifləndirmə işlərinə, dini-elmi yarışlara, dini toplantılara, Quran hifzi dərslərinə, uşaqlar və böyüklər üçün təşkil etdiyi digər dini dərslərə və ehtiyaclı ailələrə etdiyi yardımlara işarə eidb. 3905134