IQNA

18:31 - June 18, 2020
Xəbər sayı: 3487428
Zəvvarlar işləri üzrə idarəetmə müdirinin müavini Məşhədə xarici zəvvarların buraxılmadığını bildirərək, bu zəvvarları qəbul edəcək sağlamlıq protokollarının iyul ayında hazırlanacağını elan edib.
Xorasan Rəzəvi ostanının zəvvarlar işləri üzrə koordinasiya və İdarəetmə müdirinin müavini Məhəmməd Sadiq Barati koronavirus epidemiyasından sonra Məşhədə xarici zəvvarların buraxılmadığını bildirərək, bu zəvvarları qəbul edəcək sağlamlıq protokollarının iyul ayında hazırlanacağını elan edib.
Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, Məhəmməd Sadiq Barati Mehrnews-a verdiyi müsahibəsində, Məşhəddə zəvvarları qəbul etmək üçün qonaqlama mərkəzlərinin fəaliyyətinə toxunaraq bunları deyib: “Koronavirusla Milli Mübarizə Qərargahının sərəncamına əsasən, bütün qonaqlama mərkəzləri aktivdir. Əlbəttə ki, hər kəsin yenidən fəaliyyət göstərmək üçün lisenziyası var, lakin onlar yenidən açılmaqda maraqlı deyillər. İndiyə qədər 600-ə yaxını açılıb”.
O, zəvvar və turistlərin sayının çox az olduğunu və bunun əvvəlki illərlə müqayisə olunmaz səviyyədə olduğunu bildirib.
Məşhəddə koronavirusun turizm sahəsinə vurduğu ziyanlara toxunan Barati, insanların sağlamlıq qaydalarına riayət edəcəyi təqdirdə, məhdudiyyətlərin yığışdırılacağına ümid etdiyini bildirib.
O, mart ayının əvvəlindən və koronavirusun başlamasından etibarən Məşhəddə xarici zəvvarların olmadığını söyləyərək, belə davam edib: “Yeni ildə də xarici zəvvarları Məşhəddə qəbul etməmişik. Koronavirus başladıqdan sonra Məşhəddə bir sıra zəvvarlar var idi, bəziləri müəyyən müddətdən sonra vətənlərinə qayıtdılar”.
Barati Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, vilayətin iranlı olmayan zəvvarların işçi qrupu, turizm və digərləri tərəfindən sağlamlıq protokollarının hazırlanmasına işarə edərək, bunları deyib: “Bu protokollar iyulun ilk ongünlüyündə tamamlanıb, icra olunacaq”.
Zəvvarların sağlamlığını qorumaq üçün tədbirlərini davam etdirən Qüds Rəzəvi ostanına təşəkkür edən Barati, zəvvarlardan və yerli sakinlərdən sosial məsafələri qorumaları və sağlamlıq qaydalarına riayət etmələrini istəyib.
Ad:
E-poçt:
* Comment:
* captcha: