IQNA

11:46 - June 22, 2020
Xəbər sayı: 3487448
Tehran (IQNA) -  Sionist yəhudilər İsrailin işğalçı silahlı qüvvələrinin dəstəyi ilə Əqsa Məscidinin "Babur-Rəhmət" qapısına hücum edərək beş fələstinli qızı həbs ediblər.

Fələstinin Əqsa Məscidinin İslami İşlər və Fondlar İdarəsi yəhudi işğalçıların məscidə hücum edərək fələstinli qızları həbs etmələrini məhkum edib.

İslami İşlər və Fondlar İdarəsi bildirib ki, sionist yəhudilər bu cinayətləri Əqsa məscidində böhran yaratmaq və məscidin tarixi, İslami mahiyyətini və qanunu vəziyyətini dəyişmək hədəfi ilə həyata keçirir.

İdarə vurğulayıb ki, Əqsa məscidi yalnız müsəlmanlara məxsusdur. Bu məscidin bölünməsi qəbuledilməzdir. Və hər bir müsəlmanın haqqıdır ki, Əqsa məscidinin istədiyi yerində namaz qılsın.

"Vətənin Səsi" informasiya portalının verdiyi xəbərə görə, terrorist yəhudilər Əqsa məscidinə ayaqqabı ilə soxulublar. Babur-Rəhmət qapısından məscidə hücum edən sionist yəhudilər namazqılan beş qızı və məscidin qarovulçularından birini həsb ediblər.   

Fələstinin Əqsa Məscidinin İslami İşlər və Fondlar İdarəsi həbs edilənlərin tez azad olunmasını  tələb edib.

Qeyd edək ki, Babur-Rəhmət qapısı Əqsa məscidinin şəqri guşəsində yerləşir. Sionist rejimi məscidin bu hissəsini müsəlmanlardan zorla alaraq yəhudilərə vermək istəyir. Buna görə də yəhudi qəsəbə sakinləri tez-tez məscidin bu hissəsinə soxulur və tədricən buranı mənimsəmək istəyirlər. /3906098

Ad:
E-poçt:
* Comment:
* captcha: