IQNA

23:47 - June 27, 2020
Xəbər sayı: 3487490
Kəramət ongünlüyü münasibətilə Həzrət İmam Rzanın (ə) müqəddəs ziyarətgahının bütün həyətləri və meydanları 80.000 lampa ilə işıqlandırılıb.

Müqəddəs ziyarətgahın işıqlandırma və texniki xidmətlər şöbəsinin müdiri Məhəmməd Sidqi bu barədə açıqlama verib. O, Həzrət Məsumənin (ə.s) viladəti günü ilə başlayan Kəramət ongünlüyünün bu əziz günlərində müqəddəs ziyarətgahın ənənəvi rəngli işıqlar ilə yanaşı LED işıqlarla da bəzədiklərini deyib.

“Bu il koronavirusun yayılması səbəbindən və Quds Rəzəvi ostanının əmrinə əsasən həyətlərin gözəlliyini çoxaltmaq üçün bəzək işlərinə xüsusi bir şəkildə diqqət etməyə çalışdıq”, - deyə o, bildirib.

Hər il İmam Rzanın (ə) müqəddəs ziyarətgahının Kəramət ongünlüyündə “İmam Rza (ə)” yazılmış nəhəng bayraqlardan bu il 8 ədədini Azadi, İnqilab, Bast Tusi, Təbərsi və Nəvab meydanlarında yerləşdirdiklərini bildirilib.

Teqlər: İmam Rza ، Məşhəd ، mövlud ، Xorasan
Ad:
E-poçt:
* Comment:
* captcha: