IQNA

23:50 - June 27, 2020
Xəbər sayı: 3487491
Ölkənin 33 şəhərində keçirilən etiraz mitinqlərində, qanunsuz olaraq həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin azadlığa buraxılması üçün şüarlar səsləndirilib.

Nigeriya xalqı Şeyx Zəkzəkinin azad olunması tələbi ilə ölkə miqyasında keçirdikləri etiraz aksiyalarını sayını artırıb.  

İyunun 26-sı paytaxt Abuca başda olmaqla ölkənin 19 ştatının 33 şəhərində keçirilən etiraz mitinqlərində, qanunsuz olaraq həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki və xanımı Malama Zinətin azadlığa buraxılması üçün şüarlar səsləndirilib. 

Əllərində Şeyx Zəkzəkinin şəkillərini daşıyan etirazçılar Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımı barədə çıxardığı qərarın hökumət tərəfindən icra edilməsini tələb ediblər.
Nümayişçilər Buxari rejimindən təhlükəsizliyi təmin edə bilməməsi nəticəsində Şimali Nigeriyadakı baş vermiş sonuncu cinayətləri də qınayıblar. 
“Zəkzəkiyə azadlıq” mitinqləri Nigeriyanın Abuca, Bauçi, Kaduna, Jos, Katsina, Seja, İllela, Daura, Sokoto, Kafançan, Neja, Lafiya, Jalinqo, Udava, Talatar mafara, Azare, Zaria, Yola, Yavuri, Roni, Zamfara, Birnin kudu, Samunaka, Mina, Hunkuyi, Mubi, Funtva, Kiyava, Malumfaşi, Kontaqora, Qombe, Uquvan ganye və Kano şəhərlərində keçirilib. / deyerler.org
Ad:
E-poçt:
* Comment:
* captcha: