IQNA

2:43 - June 28, 2020
Xəbər sayı: 3487492
Tehran (IQNA) -  Quran ayələrinə görə, İslam dininin əsas məsələlərindən biri olan "Bərzəx" aləmi və ruhların axirət bədəni ilə burada yaşaması doğru bir inancdır.

Quran və hədislərə əsasən insan öz əməllərinin nəticəsini Bərzəxdə görəcək. Başqa sözlə desək hər bir insanın dünyadakı əməlləri onun "bərzəxi"ni, yəni qəbirdən Qiyamətədək yolüstü müvəqqəti dayanacaqlarını yaradır.  

Şərqi Azərbaycanın Sofyan şəhərinin Cümə namazı xətibi Höccətül-İslam vəl-müslimin Həsən Mürsəli İQNA ilə müsahibəsində "bərzəx" aləmi barədə danışaraq deyib:

Bərzəx dünya ilə Qiyamət arasındakı fasilədir. İnsan bu fasiləni qəbir evində yaşayır və burada dünyadan axirətə keçid üçün hazırlaşır.

Buna görədə dünyada yaxşı əməllər etməliyik ki, bərzəx aləmində xoşbəxt yaşaya bilək.

İnsan öldükdən və ruhu bədəndən ayrıldıqdan sonra Bərzəx aləmi başlayır. Bərzəxin ilk mərhələsi qəbirik ilk gecəsinin sorğu-sualıdır. Əlbəttə bəzi alimlər ruhun qəbirin ilk gecəsində hansı bədən ilə olması barədə fərqli fikirədirlər. Bəziləri deyir ki, axirət aid olan "misali bədən" adlanan bir cismdə olacaq. Bəziləri də elə dünya bədəni ilə olacağını deyirlər.

İslam maarifinə əsasən Bərzəx aləmi həm kafirlər və həm də möminlər üçündür. Bu fərqlə ki, bərzəx möminlərə cənnət, kafirlərə isə cəhənnəm olacaqdır.

Bərzəx aləmində ixtiyarlı şəkildə təkamül və ya tənəzzül olmayacaqdır. İnsanın Bərzəx aləmində təkamül və tənəzzülü dünyada qoyub gəldiyi əməllər əsasında baş verəcəkdir. Əlbəttə uşaqlar bu qaydadan istisnadır.

İnsan vəfat etdikdən və qəbirin birinci gecəsininin sorğularından keçdikdən sonra Bərzəx aləmində Qiyamətdək onun nəzərdə tutulmuş yerdə yaşayacaqdır.

Necə ki, Allah-Taala Qurani-Kərimin Möminun surəsinin 99 və 100-cü ayəsində buna işarə etmişdir:  

حَتَّى إِذَا جَاء أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ - لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ كَلَّا إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا وَمِن وَرَائِهِم بَرْزَخٌ إِلَى يَوْمِ يُبْعَثُونَ

"(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar.

Bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır."

Bərzəxin digər xüsusiyyəti budur ki, bərzəxdə insanların əqidə və əməllərinin haqq və ya batil olduğu üzə çıxacaq, dünyada etdikləri ilə burada rastlaşacaq. Qəbirin birinci gecəsi sual-cavab ediləcək. Günahı çox olanları qəbir sıxaraq əzab verəcək. Bərzəx əhli bir-birini tanıya biləcəklər və həmçinin onların dünya əhli ilə əlaqələri mümkün olacaq.  

Bərzəx aləmi insan övladı üçün müvəqqəti dayanacaqdır və Qiyamət üçün hazırlıq mərhələsi və əməl kitabının tamamlanması üçündür.

Bərzəxin cənnət və cəhənnəmi də müvəqqətidir və səfərdə olan yolçuların dayanacaqları rolunu ifadə edir.  /3907025

Teqlər: bərzəx ، qəbir əzabı ، qiyamət ، ruh
Ad:
E-poçt:
* Comment:
* captcha: