IQNA

Səud təcavüzkarları Yəmənin müxtəlif bölgələrini 48 dəfə bombalayıblar

16:42 - June 28, 2020
Xəbər sayı: 3487497
Səud koalisiyasının qırıcıları son sutkada Yəmənə Hava hücumlarının davamında bu ölkənin müxtəlif vilayətlərini 48 dəfə bombardman ediblər.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-yə istinadla xəbər verir, səud koalisiyasının qırıcıları bu müddət ərzində Yəmənin mərkəzində yerləşən Əl- Beyza vilayətinə və bu ölkənin şimalında Qaniyyə bölgəsi, Nate və Əl-Səvadiyyə şəhərlərinə 12 dəfə Hava zərbələri endiriblər. 

 Əl-Couf sərhəd vilayəti də 7 dəfə Hava hücumuna məruz qalıb və bu hücumların çoxu Əl-Couf vilayətinin şərqində "Xəbu Əş-Şəf" şəhərini hədəfə alıb.

Koalisiya qırıcıları, həmçinin bu müddət ərzində Məarib vilayətinin şimal-şərqində yerləşən "Məczər" şəhəri, Yəmənin qərbində Həccə vilayətinin "Əbəs" şəhərini və bu ölkənin şimalında "Sədə" sərhəd vilayətində Kətaf şəhərini bombalayıblar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin mart ayından ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyilə Yəmənə hücum edib və bu ölkəni mühasirəyə alıb. Ərəbistan və müttəfiqlərinin Yəməndə militarizmi indiyədək on minlərlə yəmənlinin ölümü və milyonlarla nəfərin didərgin düşməsilə nəticələnib.

captcha