Əfqanıstanda Müstəqil İnsan Haqları Komissiyasının iki əməkdaşı avtomaşının partlaması nəticəsində ölüb. Faktı komissiyadan da təsdiqləyiblər.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) APA-ya istinadla xəbər verir ki, bu barədə “Tolo News” telekanalı təşkilata və yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə şənbə günü səhər Kabilin şərqində baş verib. Ölənlərdən biri komissiyada hüquq məsləhətçisi vəzifəsində çalışan qadın, digəri isə avtomobilin sürücüsü olub.