IQNA

21:34 - June 29, 2020
Xəbər sayı: 3487512
İranın Şiraz şəhərindəki Həzrət Əhməd ibn Musa Şahçırağın (ə) müqəddəs ziyarətgahında o həzrətin viladət günü münasibətilə bayraq dəyişdirmə mərasimi keçirilib və hərəmin günbəzində yaşıl bayraq sancılıb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Deyerler.org-a istinadla xəbər verir ki, zilqədə ayının 6-sı Həzrət Şahçırağın viladət günüdür.

Bu günlər Həzrət Məsumənin (ə) anadan olması ilə başlayan, Həzrəti Əhməd ibn Musanın (ə) yad olunması ilə davam edən və İmam Rzanın (ə) mövludu ilə bitən Kəramət ongünlüyüdür. Həzrət Əhməd ibn Musa Əl-Kazımın (ə) Şahçırağın mövludu münasibətilə o həzrətin pak hərəmində keçirilən bayram tədbirindən fotoşəkilləri oxucularımıza təqdim edirik.

Qeyd edək ki, Həzrət Seyid Əmir Əhməd Şahçıraq İmam Museyi Kazımın (ə) böyük övladıdır.

Ad:
E-poçt:
* Comment:
* captcha: