IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) AZƏRTAC-a istinadən xəbər verir, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 17 min 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib. Aktiv xəstə sayı 7596 nəfərdir.
Ötən müddət ərzində 482 min 170 test aparılıb. Bugünkü test sayı isə 6645-dir.