IQNA

16:38 - July 03, 2020
Xəbər sayı: 3487533
İslam Peyğəmbəri(s.ə.s)-in və dünya müsəlmanlarının böyük rəhbərinin möhtərəm övladı Həzrət İmam Rza(ə)-ın mövludunun ildönümü günü ərəfəsində İslami İran nur və şadlıq içindədir.

Bu gün, ziqədə ayının 11-i, Həzrət İmam Rza(ə)-ın mübarək mövludunun ildönümü günüdür. İranlılar o həzrətin hərəminin onların diyarındakı nurlu iştirakına görə, fəxr edirlər və onların sevinci yerə-göyə sığmır.

Bu münasibətlə İmam Rza(ə)-ın müqəddəs Məşhəd şəhərində yerləşən nurlu ziyarətgahı işıqlarla bəzədilibdir.

O həzrətin mübarək adı, Əli, ən məşhur ləqəbi isə razılıq mənasını verən, Rza-dır.

O həzrət öz zəmanəsində ən bilikli və alim şəxsiyyət olaraq, Ali-Muhəmməd(s.ə.s) alimi kimi tanınırdı.

İmam Rza(ə) Mədinə şəhərində atası, İmam Musa Kazim(ə)-ın şəhadətindən sonra 20 il müddətinə xalqı istiqamətləndirmək məsuliyyətini üzərinə götürdü. Onun 17 ili Mədinədə, son üç ili isə Xorasanda keçdi.

IQNA Xəbər Agentliyi olaraq dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rzanın (ə) mövludunun ildönümü günü münasibətilə bütün Əhli-Beyt(ə) aşiqlərini və dünya azadlıqsevərlərini təbrik edir.

Ad:
E-poçt:
* Comment:
* captcha: