IQNA

Kərbəlada "Quranda məharət" adlı kitab nəşr edildi

11:00 - July 06, 2020
Xəbər sayı: 3487557
Tehran (IQNA) -  İraqlı yazar Dr. Təlal Faiq əl-Kəmalinin qələmə aldığı "Quranda məharət" adlı kitab İmam Hüseynin (ə) hərəminə bağlı nəşriyyat tərəfindən çap və nəşr edilib.

Kitab 140 səhifədir. Kərbəlanın "Darul-Varis" nəşriyyatı tərəfindən çap olunub.

Kitabda məharət, bacarıq, hünər və incəsənət qədim xalqların həyatında, müasir cəmiyyətlərdə və Qurani-Kərim açısında izah edilib.

Dr. Faiq əl-Kəmali bu barədə deyir: "Məharət" (incəsənət, bacarıq, hünər, peşəkarlıq) insana həyatın fəlsəfəsini dərk etmək üçün kömək edəcək məfhumlardan biridir. Həyatı yaxşı yaşamaq üçün "yaşamaq bacarığı"nın nə olduğunu insan dərk etməlidir.

Məharət insanın potensial gücünü inkişaf etdirmək, həyatın həqiqətini dərk etmək,  insanın imkanları genişləndirmək və müxtəlif hədəflərinə çatmaq üçün lazım olan ən önəmli kaftordur.

Kitab üç hissədən ibarətdir: Məharət və hədəfləri Quranda; Məharət məfhumunun Quranda əsas hədəfləri və Quranda məharətin lazım olan ünsürləri.

Qeyd edək ki, kitabın müəllifi Təlal Faiq Mücbil əl-Kəmali ən-Nəsravi yazar və araşdırmaçıdır. O, 1959-cu ildə Kərbəlada anadan olub. İslam elmləri üzrə doktorluq müdafiə edib. Hazırda "əl-Varis" universitetinin rəisidir.  /3908914

captcha