IQNA

İşğalçı İsrail rejim qüvvələri Qəzza zolağını bombalayıb

11:22 - July 06, 2020
Xəbər sayı: 3487559
Tehran (IQNA) - İşğalçı İsrail rejim qüvvələrinin  qırıcı təyyarəli və helikopterləri Qəzza zolağının şimal hissəsini bombalayıb. 
Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) "maide.az"a istinadla xəbər verir ki, işğalçı rejim Qəzzada HƏMAS-ın mövqelərini bombaladığını bildirib. 
Sionist rejim yayımladığı açıqlamada  Qəzza zolağından  Fələstinin işğal olunmuş ərazilərinə raket atıldığını və hücumun buna cavab olduğunu idda edib. 
Fələstin tərəfindən hücuma dair hələ bir açıqlama verilməyib.
captcha