IQNA

21:52 - July 12, 2020
Xəbər sayı: 3487609
Livanın "Hizbullah" hərəkatının Baş katibinin müavini Şeyx Naim Qasim ölkədəki mövcud vəziyyəti şərh edib. 

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Şeyx Naim Qasim açıqlamasında bildirib ki, Livanda baş verənlər İran və ABŞ arasındakı problemin nəticəsi deyil: "Bu "Hizbullah" və İsrail rejimi arasındakı problemin əks olunan tərəfidir".  

ABŞ-ın əsas məqsədinin İsrail rejiminin təhlükəsizliyini qorumaq olduğunu xatırladan Şeyx Naim Qasim ölkə suverenliyini qorumaq üçün "Hizbullah" hərəkatının fəaliyyətini tam olaraq davam etdirəcəyini xatırladıb.   

"Biz Livanı qorumaq üçün hökumətlə birgə addımlayırıq. Ölkəmizi müdafiə etmək üçün şəhid olmağa da hazırıq", - deyə Şeyx Naim Qasim qeyd edib.

Mənbə: Eastnews.org

Ad:
E-poçt:
* Comment:
* captcha: