IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Şeyx Naim Qasim açıqlamasında bildirib ki, Livanda baş verənlər İran və ABŞ arasındakı problemin nəticəsi deyil: "Bu "Hizbullah" və İsrail rejimi arasındakı problemin əks olunan tərəfidir".
ABŞ-ın əsas məqsədinin İsrail rejiminin təhlükəsizliyini qorumaq olduğunu xatırladan Şeyx Naim Qasim ölkə suverenliyini qorumaq üçün "Hizbullah" hərəkatının fəaliyyətini tam olaraq davam etdirəcəyini xatırladıb.
"Biz Livanı qorumaq üçün hökumətlə birgə addımlayırıq. Ölkəmizi müdafiə etmək üçün şəhid olmağa da hazırıq", - deyə Şeyx Naim Qasim qeyd edib.
Mənbə: Eastnews.org