IQNA

12:39 - July 17, 2020
Xəbər sayı: 3487645

Səudiyyədə uşaq verilişi şirk səbəbi ilə qapadıldı

Səudiyyə Ərəbistanında yayımlanan uşaq verilişində şirkə yol verilib. Bu verilişdə uşaqlara ağacdan dilək istəmək təklif edilib. Bu hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid edilib.

Səudiyyədə uşaq verilişi şirk səbəbi ilə qapadıldı

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “şəfəqna” informasiya portalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında yayımlanan uşaq verilişində şirkə yol verilib.

Belə ki, “GreenWish” verilişində uşaqlara ağacdan dilək istəmək təklif edilib. Bu hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid edilib.

Səudiyyə Ərəbistanı televiziyasının rəsmisi məsələ ilə bağlı üzr istəyib və verilişin qapadıldığını bildirib.

captcha