IQNA

Haarets qəzeti: "Nəsrullah israillilərə fövqəladə təsir edir"

11:02 - July 20, 2020
Xəbər sayı: 3487672
Sionist qəzeti Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın bəyanatlarının sionistlərə təsiri haqda yazıb: "Onun fövqəladə təsirinin səbəbi sədaqəti, qətiyyəti və İsrail məsələlərindən agah olmasıdır"

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, Haarets sionist qəzeti əlavə edib: "Seyid Həsən Nəsrullah İsrail ordusunu Livandan qovdu və İsrail qarşısında ərəb dünyasında misli olmayan bir maneəçilik yaratdı.

Haaretsin məlumatına görə, İsraillilər xüsusən də Nəsrullahın İsraili hörümçək yuvasından daha zəif hesab etdiyindən, onun sözlərinə öz rəsmilərinin dediklərindən daha çox inanırlar.

Eyni zamanda "Berul-Səb" universitetinin İşğal olunmuş Fələstin ərazilərində apardığı bir elmi tədqiqata əsasən, sionistlər öz rəsmilərindən məyus olublar və gələcəkdə baş verəcək hər hansı bir hərbi qarşıdurmada onların arxasında dayanmayacaqlar.

captcha