"Filippinin cənub müsəlmanları" kitabının təqdimat mərasimi bu gün, Çərşənbə günü, 22 İyul 2020-ci il, yerli vaxtla saat 10:00-da IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) təşəbbüsü ilə "İİR-nın Universitetlərinin Quran Təşkilatı"nın "Höccətul-İslam vəl-müslimin şəhid Seyyid Mehdi Təqəvi" salonunda " keçirildi.
Mərasimdə kitabın müəllifləri xanım Təndis Təqəvi və Məhəmməd Cəfəri Məlik, İİR xarici işlər nazirliyinin cənubi Avropa məsələləri üzrə idarənin rəisi və Filippinin sabiq səfiri Məhəmməd Tənhayi, İslami Əlaqələr və mədəniyyət təşkilatının Asiya üzrə idarəsinin rəisi Əmir Rəhimi, İİR-nın Universitetlərinin Quran Təşkilatının rəisi və İQNA-nın icraçı katibi Məhəmmədhüseyn Həsəni, İİR-nın Universitetlərinin Quran Təşkilatının media üzrə rəis müavini Mustafa Kərimi və Ali Dini Rəhbərin Universitetlərdə İslam Maarifi və Mədəniyyəti üzrə təşkilatının araşdırmaçısı Höccətul-İslam vəl-müslimin Məhəmməd Rza Müsəllih iştirak ediblər.
Kitabın müəllifləri Filippində rəsmi səfərdə olduqları vaxt bu ölkədə yaşayan müsəlmanlar barədə araşdırmalarını qələmə alıblar.
Kitabda Filippində yaşayan müxtəlif müsəlman tayfaları, onların tarixi, ictimai və dini həyat tərzləri və həmçinin Filippində terrorizmin tapılması səbəbləri barədə dəyərli məlumatlar verilmişdir.
İran İslam Respublikasının Filippindəki Mədəniyyət Əlaqələri Mərkəzinin rəhbəri sabiq məsulu və kitabın müəlliflərindən biri Məhəmməd Cəfəri Məlik çıxışında deyib: Filippində yaşayan müsəlmanların dini, mədəni, siyasi və iqtisadi vəziyyətini araşdırmadan bu ölkənin mədəniyyəti barədə danışmaq faydasızdır. Çünki müsəlmanlar, xüsusi ilə də Mindanaoda yaşayan müsəlmanlar Filippinin ümumi mədəniyyətində dərin təsirə malikdirlər.
O əlavə edib: İŞİD terrorçularının 2017-ci ildə Mindanaoya hücum etməsi bu vilayətin müsəlmanlarını daha yaxşı tanımaq üçün onlar barədə araşdırma aparmağıma səbəb oldu.
Cəfər Məliki vurğulayıb: Filippin xalqı və müsəlmanlar sakit təbiətli və radikallıqdan uzaqdırlar. İŞİD-in radikallığı və təkfirçiliyi Filippin xalqının təbiətinə və əxlaqına ziddir. Terrorçuların onlara hücumu onların dəyişə bilməz, necə ki, Amerika və İspaniyanın Filippini işğal və müstəmləkə etməsi bu xalqın mədəni mübarizə ruhunu dəyişə bilməmişdi. Həmin istemar dövründə xalqın mədəni mübarizəsində müsəlmanların, xüsusi ilə də Mindanao müsəlmanlarının ciddi təsirləri olub.
Müəllif bu ölkədə müsəlmanların digər dinlərin, o cümlədən xristian dininin davamçıları ilə tolerant yaşadığına işarə edərək deyib: Filippin prezidenti başda olmaqla rəsmi məsulların müsəlmanlar ilə davranışı çox yaxşıdır. Və onlar müsəlman və xristianların sülh və dostluq şəraitində yaşaması üçün çalışırlar.
Filippin üç adadan ibarətdir: Luzon, Mindanao, Visaya. Bu üç adada 73 əyalət və 17 zona var. Bu ölkədə 110 milyon cəmiyyət var. Bu cəmiyyətin 10 faizini müsəlmanlar və müsəlmanların da 1 faizini şiələr təşkil edir. Maranoi, İranun, Magindanao və Tausuk ölkənin mühüm müsəlman qəbilələridir. Müsəlmanların hazırda nisbətən yoxsul vəziyyətdə yaşaması istemar dövrünün nəticələrindəndir. Müsəlmanlar İspan istemarçılarına qarşı yeddi dəfə döyüşüblər. Amerikalılar müsəlmanları iki dəfə qətliam ediblər.
Filippinin müsəlman qəbilələri və şiələr ölkənin muxtar vilayətlərində, o cümlədən Muru əyalətinin Bangsamaro parlamentində (Muru İslami Azadlıq Cəbhəsi) və Mindanaoda təsirli siyasi qrumlarda aktivdirlər.
Filippinin müsəlman xalqı öz İslami əqidəsinə sahib çıxıb və hətta istemar dövründə əqidələrini qoruyub saxlayıblar. Əgər istemar olmasaydı bu gün Filippin müsəlmanları Malaziya və İndoneziya qədər dini azadlığa malik idilər və heç vaxt müsəlman xanımların hicab örtmək fobiyası yox idi.
Mərasimdə çıxış edən digər müəllif xanım Təqəvi bu ölkədə müsəlmanlar ilə tanışlığından, tanınmış müsəlman xanımlar və qrumlar ilə əlaqə qurmasından və araşdırma üçün istifadə etdiyi ədəbiyyatlardan danışaraq dedi: Filippinin Qadınlar Birliyinin rəisi xanım Ruona Avilya Aluntu ilə tanışlıqdan sonra müsəlman xanımların həyat tərzi, onların zəhmətkeş və qayğıkeş olduqlarını öyrəndim. Hər dəfə onlarla tanış olduqda onların ev diyaznı, rəng seçimi və bəzək növlərində qədim İran mədəniyyəti və incəsənəti oxşarlıqlarını aydın görürdüm.
Mərasimində davamında digər iştirakçılar çıxış edərək Filippində görülən mədəni, dini işlər və Quranla bağlı fəaliyyətlər barədə məlumat veriblər. /3911997