IQNA

23:25 - July 26, 2020
Xəbər sayı: 3487737
Tehran (IQNA) - Həcc mərasiminə və Beytullahul-Həramın ziyarətinə gələn ilk zəvvar qrupu Cəddə şəhərinin "Məlik Əbdüləziz Beynəlxalq Hava Limanı"na daxil oldular.  

Mübarək Zil-Hiccə ayının ilk günlərində Məkkədəki Allah Evi (Kəbə) ağ pərdə ilə ehram bağladı.

Həcc mərasiminə və Beytullahul-Həramın ziyarətinə gələn ilk zəvvar qrupu Cəddə şəhərinin "Məlik Əbdüləziz Beynəlxalq Hava Limanı"na daxil oldular.  

İlk zəvvar qrupunun Vəhy diyarına çatması ilə 1441-ci ilin Həcc mərasimi başladı.

Bu il (2020) ölümcül koronavirus pandemiyasının yayılması səbəbi ilə Həcc mərasiminin ayinləri təkcə 1000 nəfərin iştirakı ilə həyata keçiriləcək.

Onlar əsasən Səudiyyə Ərəbistanın vətəndaşları və bu ölkədə yaşayan xarici vətəndaşlardır.

Allah evinin qonaqları Cəddə şəhərindən Riyaza, qarantin günlərini başa vurduqdan sonra isə Əbha, Təbuk və Cazan yolu ilə özlərini Mədinə və Məkkəyə çatdıracaq və Zil-Hiccə ayının 8-də Minaya gedəcəklər.  /3912634

 

 
 
Teqlər: Həcc ، 2020 ، 1441 ، Məkkə ، Kəbə ، Mina ، Ərəfə
Ad:
E-poçt:
* Comment:
* captcha: