IQNA

11:55 - July 30, 2020
Xəbər sayı: 3487776
Tehran (IQNA) -  İran İslam Respublikasının Bolqarıstandakı səlahiyyətli səfiri Seyid Məhəmməd Cavad Rəsuli ötən gün (29 İyul 2020) bu ölkənin baş müftisi ilə görüşüb.

İran İslam Respublikasının Bolqarıstandakı Mədəniyyət Əlaqələri Mərkəzinin rəisi Həmidrza Azadi də iştirak edib.

İran İslam Respublikasının rəsmiləri bu görüşdə baş müftini və Bolqarıstan xalqını Qurban bayramı münasibəti təbrik ediblər.

Bundan əlavə İran İslam Respublikasının səfiri və mədəniyyət mərkəzinin məsulu Bolqarıstan xalqına İranda çap və nəşr edilmiş 500 cild Qurani-Kərim hədiyyə ediblər.

Görüşdə cari ildə Həcc mərasiminin məhdud keçirilməsinə rəğmən Həcc şüarlarının və bu ayinin fəlsəfəsinin xalqa aşılanması zərurəti və müsəlmanların problemləri barədə söhbət edilib.

İran İslam Respublikasının səfiri Amerika və sionist rejiminin müsəlmanlara qarşı mənfur planlarından, onların İŞİD kimi terrorçuları yaratması və dəstəkləməsindən, bununla İslamı və müsəlmanları dünyaya mənfi tanıtdırmaq hədəflərindən, müsəlmanlar arasında milli və məzhəbi təfriqə salmalarından, dünyada islamofobiya və iranofobiya dalğası yaymalarından danışaraq müsəlmanların məzlum Fələstin xalqını dəstəkləməsini və onların fəryadının dünyaya çatdırılmasının bütün müsəlmanların vəzifəsi olduğunu vurğulayıb.

Seyid Məhəmməd Cavad Rəsuli vurğulayıb: Həccin əsas fəlsəfəsi müsəlmanlar arasında vəhdət və birliyi gücləndirmək və onları müştərək düşmənə qarşı bir cəbhədə toplamaqdır. Bu gün bütün müsəlmanların vəzifəsidir ki, düşmənlərin hiyləsini tanısınlar və zərərsizləşdirməyə çalışsınlar.

Bolqarıstanın baş müftisi də öz çıxışında bütün müsəlmanların və İran xalqının Qurban bayramını təbrik edib və hədiyyə Quranları qəbul edərək onları Quran öyrənən cavanlara hədiyyə edəcəyini deyib.  /3913525

Ad:
E-poçt:
* Comment:
* captcha: