IQNA

10:56 - August 04, 2020
Xəbər sayı: 3487808
"Mən uşaqlığımdan özümü müsəlman hiss edirdim. İlk dəfə bu əqidəmi Papa ilə görüşümdə açıqladım. Bu görüşə dostlarımla getmişdim. Papa ilə görüşəndə həyacanlı idim. Birdən o məndən soruşdu: "Katoliksən?"

İngiltərədən ilk dəfə Həcc səfərinə yollanan xanımın adı Evelyn Leydi Mari Kabold (Lady Evelyn Murray Cobbold) olub.

Müsəlman olandan sonra özünü Zeynəb adlandıran Evelyn Kabold 1867-ci ildə dünyaya gəlib.

O, Viktoriya aristokratları (zadəganlar) ailəsinin son üzvlərindən biri olub.

1929-cu ildə Zeynəbin əri vəfat edir. Bundan sonra o, Həcc səfərinə hazırlarışr. Buna görə Hicazın Britaniyadakı səfiri Hafiz Vəhbə və həmçinin Ərəbistanın padşahı Kral Əbdüləzizə məktub yazaraq səfəri barədə danışır.

1933-cü ildə indiki Şotlandiyanın paytaxtı və ikinci ən böyük şəhəri Edinburqdan Həcc səfərinə yola düşür.  

1915-ci ildə, yəni 65 yaşında müsəlmanlığı və İslam dinini qəbul edən bu xanım Həcc ayinlərini yerinə yetirən ilk qərbli xanımdır.

Evelyn Mari (Zeynəb) öz Həcc səfəri xatirələrini öz dövrünün çox satılan kitablarından biri olan "Pilgrimage to Mecca" (Məkkə ziyarətləri) kitabında yazıb. Bu kitab ilk dəfə 1934-cü ildə çap və nəşr edilib. 2009-cu ildə isə kitabın yeni çapı işıq üzü görüb.

O, 1963-cü ildə 96 yaşında vəfat edib. Vəsiyyətinə əsasən onu Şotlandiyada dəfn ediblər. Qəbirinin üzərinə

 الله نور السماوات والارض

"Allah göylərin və yerlərin nurudur" yazılıb.

Xatirələrində yazdığına görə, onun müsəlman olmasına səbəb uşaqlığının Əlcəzayir və Qahirədə müsəlman dayələrin yanında keçməsi olub. Onun bu şəhərlərdə yaşamasına səbəb ilə atası "Charles Murray"nin (Mühafizəkarlar Partiyasının nümayəndəsi) buralardakı siyasi missiyası olub.  

"Mən uşaqlığımından özümü müsəlman hiss edirdim. Amma ilk dəfə bu əqidəmi Rumda Papa ilə görüşümdə açıqladım. Bu görüşə dostlarımla getmişdim. Papa ilə görüşəndə həyacanlı idim. Birdən o məndən soruşdu: "Katoliksən?"

Mən tez cavab verə bilmədim. Bir az sonra dedim: "mən müsəlmanam".

Bilmirəm hansı güc mənə hakim kəsilmişdi. Çünki illər idi İslam barədə düşünməmişdim. Amma bu məsələ yenidən iman və məzhəb barədə araşdırma aparmağım üçün qığılcım oldu". /3914196

Ad:
E-poçt:
* Comment:
* captcha: