IQNA

9:40 - August 10, 2020
Xəbər sayı: 3487855
Tehran (IQNA) -  İran İslam Respublikasının Xuzistan əyalətinin Abadan şəhərinin dini təbliğçilərinin təşəbbüsü ilə Qədir-Xumu və İmam Əlini (ə) vəsf edən çox gözəl bir audioklip hazırlanıb.

İran İslam Respublikasının Xuzistan əyalətinin Abadan şəhərinin dini təbliğçilərinin təşəbbüsü ilə Qədir-Xumu və İmam Əlini (ə) vəsf edən çox gözəl bir audioklip hazırlanıb.

"Həqqul-Mübin" adlanan bu audioklipi Quran qarisi, şair, məddah və dini alim Höccətil-İslam Hüseyn Xuzai və şair və din alimi Höccətul-İslam Seyid Əbdüləmir Musəvi Müşəşəi ərsəyə gətiriblər.

Audioklipin sözləri şair Höccətul-İslam Seyid Əbdüləmir Musəvi Müşəşəiyə aiddir.    

Klipdə Qədir-Xum hadisəsinə, "vəli" kəlməsinin mənasına, Əhzab surəsinin 6-cı ayəsi və Məaric surəsinin şəni-nüzuluna işarə edilib.

Bundan öncə onlar mübarək Ramazan ayında "Ya Təvvab" və 14 məsumun həyatına işarə edən "Səfinətəllah" audiokliplərini hazırlamışdılar.

Höccətul-İslam Seyid Əbdüləmir Musəvi Müşəşəi bir çox məddahlar üçün şeir, mədhiyyə və mərsiyə yazmışdır. /3915228

 

Ad:
E-poçt:
* Comment:
* captcha: