IQNA

"İmam Hüseynin (ə) südəmər körpələri" ayini keçiriləcək

8:40 - August 11, 2020
Xəbər sayı: 3487860
“İmam Hüseynin (ə) südəmər körpələri” adlı ayin bu il İranda və dünyanın 45 ölkəsində keçiriləcək. Bunu Həzrət Əli Əsğər (ə) Ümumdünya Assambleyasının katibi Davud Mənafipur deyib.

“İmam Hüseynin (ə) südəmər körpələri” adlı ayin bu il İranda və dünyanın 45 ölkəsində keçiriləcək. Bunu Həzrət Əli Əsğər (ə) Ümumdünya Assambleyasının katibi Davud Mənafipur deyib.
Onun sözlərinə görə, bu il bu ayin  Məhərrəm ayının ilk cümə günü (avqustun 21-də, Məhərrəm ayının ilk günü)  İranın paytaxtı Tehranda  Azadi stadionunda  təşkil olunacaq. 
Qeyd edək ki, "İmam Hüseynin südəmər körpələri" ayini hər il İranın müxtəlif şəhərlərində  on minlərlə qadın və onların südəmər körpələrinin iştirakı ilə və izdihamlı şəkildə qeyd edilir.
Bildirək ki, sözügedən ayin dünyanın 45 ölkəsində o cümlədən Azərbaycanın bəzi bölgələrində, İraq və Əfqanıstanda da İmam Hüseynin Kərbəlada şəhid edilən ən az yaşlı övladı 6 aylıq Əli-Əsğərin anımı münasibətilə keçirilir. /3915646
captcha