IQNA

Almaniyalı diplomatın "nasizim"dən "hacı"lığa qədər keçdiyi yol

9:12 - August 15, 2020
Xəbər sayı: 3487885
Tehran (IQNA) -  Almaniyalı diplomat Murad Hofmann Həcc səfərindəki mənəvi təcrübəsini "Məkkəyə səfər" adlı xatirələr kitabında yazmış və kitabda bu səfəri etik, estetik və fəlsəfi baxımdan izah etmişdir.

Tehran (IQNA) -  Almaniyalı diplomat Murad Wilfried Hofmann Həcc səfərindəki mənəvi təcrübəsini "Məkkəyə səfər" adlı xatirələr kitabında yazmış və kitabda bu səfəri etik, estetik və fəlsəfi baxımdan izah etmişdir.

Hər bir müsəlman və həm də qərbli şərqşünaslar kimi Hofman da müsəlmanların ən izdihamlı siyasi, ictimai və ibadi ayini olan Həcc səfərinə maraqlı idi.

O, "Hacı" ləqəbini Ərəb dünyasının başqa ləqəblərinə oxşarı olmayan "şərq" ləqəbi hesab edirdi.

Murda Hofmann kimdir?

Almaniyalı siyasətçi və yazar və həmçinin "İslam, alternativ din" adlı kitabın müəllifi Murad Hofman 1931-ci ildə Almaniyanın Bayren əyalətinin şimal-qərbində yerləşən Aşfanburq şəhərində katolik ailəsində dünyaya gəlib.

آماده// از نازیسم تا اسلام / دیدگاه «مراد هافمن» درباره فریضه حج // گزارش

Hofman 9 yaşında "Hitlerin cavanları" təşkilatına və digər "nasist" qruplarına üzv oldu.

Təhsilini hüquq elmləri üzrə davam etdirdi. Lisans və doktorluq diplomunu Munixdə aldı.

Uzun illər elmi jurnallarda tənqidi məqalələr yazırdı.

Əllinci illərdən sonra Əlcəzayirdə Almaniyalı diplomat kimi işlədiyi vaxtlarda bu ölkədə baş verən inqilablar yaxından izləyirdi. Müsəlman Əlcəzayir xalqının inqilabı ondakı dəyişikliklərin başlanğıcı idi, o bu inqilab barədə çox düşünürdü.

Bu düçüncənin təsiri altında qərb, avropa və İslamın gələcəyi barədə məqalələr və kitablar yazdı.

1980-cı ildə isə İslam dinini xristian katolik olmağa tərcih edərək müsəlman oldu. Onun İslam dinini qəbul etməsi tanınmış diplomat olması səbəbi ilə böyük qalmaqal yaratmışdı.

Hofman 1961-ci ildən 1994-cü ilədək Almaniyanın xarici işlər nazirliyində nüvə müdafiəsi məsələlərində mütəxəssis kimi, 1983-cü ildən 1987-ci ilədək Brükseldə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) informasiya direktoru vəzifəsində işləmişdir.

Murad Wilfried Hofmann həm də Mərakeş (1990-1994) və Əlcəzayirdə (1987-1990) Almaniyanın səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.

آماده// از نازیسم تا اسلام / دیدگاه «مراد هافمن» درباره فریضه حج // گزارش

Hofman "Almaniyalı bir müsəlmanın yaddaştları", "İslam, alternativ din", "İslam dini 2000-ci ildə", "İslam dini 3-cü min illikdə" və "Səudiyyədə dindarlıq" kimi kitabların müəllifidir.

Murad Hofmanın həyat yolu, yazdığı məqalə və kitablar göstərir ki, onun İslam dinini qəbul etməsi hanısasa psixoloji və mənəvi çatışmamazlıq üzündən deyil, tamamilə ağıl, təcrübə, elm və məntiq üzündən olmuşdur.  

İncəsənəti sevən və bu işdən tərcübəsi olan Hofman deyirdi ki, İslam ölkələrinin və müsəlmanların memarlıq əsərləri məni heyrətləndirir. İspaniyanın "Qranada" şəhərindəki "Qırmızı sarat" və Qortapadakı böyük məscid sözsüz ki, böyük bir mədəniyyət və sivilizasiyanın nümunəsidir.

İslami incəsənətə heyranlığını gizlətməyən Hofman üçün digər sənət və incəsənətlər əhəmiyyətini itirmişdi. O, bu barədə deyir: "İslam incəsənəti mənim üçün milli estetikaya çevirilmişdi. Qədim və renesans dövrünün memarlıq əsərləri çox möhtəşəm və orjinal olsa da mənim ruhumda dərin təsir və iz buraxa bilməmişdi. Amma mən indi İslami əsərlərin cazibədarlığını ruhumla hiss edirəm.

آماده// از نازیسم تا اسلام / دیدگاه «مراد هافمن» درباره فریضه حج // گزارش

Hofman "Həcc" səfərini qələmə alaraq "Məkkəyə səfər" adlı kitabını nəşr etdirdi. O, bu kitabda Həcc ayininin möhtəşəmliyini, İslam dininin bütün gözəlliklərinin və fəlsəfəsinin bu böyük siyasi və ictimai ibadətdə cəm olduğunu açıqlayıb.

O, Həcc səfərnaməsinin sonunda Mədinə şəhərində Həzrət Peyğəmbəri (s) ziyarət etdiyini və burada onun ətrini və hüzurunu duyduğunu və nəhayət göz yaşlarını saxlaya bilməyərək ağladığını yazır.

Xanım Firiştə Siddiqi  (IQNA) 

/3915433

captcha