“Əhli-Beytin (ə) Kəriməsi” ləqəbi ilə məşhur olan İmam Musayi-Kazımın (ə) qızı Həzrət Məsumənin (s.ə) müqəddəs ziyarətgahı Mübahilə bayramı gecəsində sağlamlıq protokollarına uyğun olaraq zəvvarları və müqəddəs ziyarətgahın qonaqlıqlarını qəbul edib.
Deyerler.org AMFM-ə istinadən xəbər verir ki, hərəmin böyük meydanında surud qrupları, məddahlar və şairlər Əhli-Beytdən (ə) şeir və ilahilər səsləndiriblər. Fəzilət bayramı günləri münasibətilə müqəddəs ziyarətgahda bir neçə gün bayram tədbirləri və şənlikləri keçiriləcək.
Bu günlər Əhli-Beytin (ə) fəzilət günləri kimi də qeyd olunur. Əhli-Beytin (ə) şəninə "Mübahilə", "Təthir", "Həl Əta" ayələrinin məhz bu günlərdə nazil olduğu bildirilir.
Bu gün Əmirəlmöminin (ə) Peyğəmbər (s) məscidində rüku halında üzüyünü bir dilənçiyə bağışladığı gündür.
Deyerler.org